Bakı. Trend:
Tailand və Kamboca arasında atəşkəs barədə sənəd imzalanıb.
Trend xəbər verir ki, sənəd ortaq sərhəd komitəsinin 3-cü xüsusi görüşünün yekununda təsdiqlənib.
Görüş Tailandın Çanthaburi və Kambocanın Pailin əyalətləri arasındakı sərhəd-keçid məntəqəsində baş tutub. Kamboca heyətinə Baş nazirin müavini və milli müdafiə naziri Tea Seiha, Tailand heyətinə isə müdafiə naziri Nattaphon Narkphanit rəhbərlik edib. Görüşdə ASEAN müşahidə qrupu iştirak edib.
Qeyd olunur ki, dekabrın 7-də Tailand-Kamboca sərhədində silahlı toqquşmalar başlayıb. Hər iki tərəfdən həm hərbçilər, həm də mülki şəxslər arasında ölən və yaralananlar olub. Sərhədboyu ərazilərdən 100 minlərlə sakin təxliyə edilib.
