Bakı. Trend:
Tailand hakimiyyəti Rusiya və digər ölkələrdən olan vətəndaşlara krallığa quru, dəniz və ya hava yolu ilə daxil olarkən qarşı ayrı-seçkilik siyasəti aparmır.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tailand Xarici İşlər Nazirliyinin nümayəndəsi açıqlama verib
Xarici İşlər Nazirliyinin rəsmisi bildirib ki, əvvəllər Kambocaya səfər etmiş səyahətçilərin Tailand ərazisinə girişini qadağan edən hər hansı siyasət və ya qayda mövcud deyil.
“Tailand hökuməti bütün giriş məntəqələrində bütün ölkələrdən olan turistlərə ədalətli və səmərəli immiqrasiya xidmətlərinin göstərilməsinə sadiqliyini təsdiqləyir. Bütün prosedurlar beynəlxalq standartlara və ayrı-seçkiliyin yolverilməzliyi prinsipinə uyğun şəkildə həyata keçirilir”, – XİN-dən qeyd edilib.
