...

Mask Somalinin BMT-dəki aimi nümayəndəsinin həbs olunmasına çağırıb

Dünya xəbərləri Materials 2 Yanvar 2026 21:59 (UTC +04:00)
Mask Somalinin BMT-dəki aimi nümayəndəsinin həbs olunmasına çağırıb

Bakı. Trend:

"SpaceX" şirkətinin təsisçisi İlon Mask Somalinin BMT-dəki daimi nümayəndəsi Abukar Dahir Osmanın həbs olunmasına çağırıb.

Trend-in məlumatına görə, bu barədə İ.Mask "X" sosial şəbəkəsində yazıb.

"Onu həbs edin", - deyə İ.Mask Osmanın əvvəllər ABŞ vergi ödəyiciləri tərəfindən maliyyələşdirilən və "Medicaid" proqramı ilə dələduzluqda təqsirli bilinən bir səhiyyə şirkətinə sahib olduğunu iddia edən paylaşım altında yazıb.

Abukar Dahir Osman aylıq rotasiya çərçivəsində 1 yanvar 2026-cı ildə BMT Təhlükəsizlik Şurasının sədrliyini öz üzərinə götürüb. Somali özü 2025-2026-cı illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv kimi qoşulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti