Bakı. Trend:
ABŞ-nin "Falcon 9" raketi İtaliyanın "COSMO-SkyMed (CSG-3)" ikinci nəsil radar müşahidə peykini elmi və hərbi məqsədlər üçün orbitə uğurla çıxarıb.
Trend-in məlumatına görə, bu barədə "SpaceX" şirkəti xəbər verib.
"COSMO-SkyMed peykinin buraxılışı təsdiqlənib", - deyə bildirilib.
Məlumata əsasən, raket Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri Bazasındakı SLC-4E buraxılış kompleksindən cümə günü Sakit Okean vaxtı ilə saat 18:09-da buraxılıb.
Peyk altı oxşar kosmik cihazdan ibarət qrupuna əlavə olunub. Peyk Aralıq dənizində gəmilərin izlənməsi, fəlakətlərin aradan qaldırılması, ətraf mühitin mühafizəsi, təbii sərvətlərin kəşfiyyatı, kənd təsərrüfatının idarə edilməsi, iqlim tədqiqatları, müdafiə və təhlükəsizlik üçün nəzərdə tutulub.