...

"Hyundai" insanabənzər robotların istifadəsinə başlayır

Dünya xəbərləri Materials 6 Yanvar 2026 09:53 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Koreyanın avtomobil nəhəngi "Hyundai Motor Group" 2028-ci ildən etibarən dünya üzrə fabriklərində insanabənzər robotlardan istifadə etməyə başlayacağını açıqlayıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Las-Veqasda keçirilən İstehlak Elektronikası Sərgisində (CES) "Boston Dynamics" tərəfindən hazırlanmış "Atlas" adlı robot təqdim olunub.

"Hyundai" "Atlas"-ı ABŞ-nin Corciya ştatındakı zavod da daxil olmaqla, qlobal istehsal şəbəkəsinin bütün hissələrinə inteqrasiya etməyi planlaşdırır. Şirkət rəsmiləri bildiriblər ki, robotlar ilkin mərhələdə fiziki baxımdan çətin və təhlükəli işləri yerinə yetirəcək, zamanla isə daha mürəkkəb tapşırıqlarda insanların yanında çalışacaqlar.

"Hyundai"ın vitse-prezidenti Çaehoon Çanq robotların insanların iş yerlərini əlindən alacağı ilə bağlı narahatlıqlara toxunub. O qeyd edib ki, robotların təlimi və idarə olunması kimi sahələrdə hələ də insan əməyinə ehtiyac olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti