...

İlon Mask "SpaceX"i birjaya çıxarmağı planlaşdırır

Dünya xəbərləri Materials 28 Yanvar 2026 20:20 (UTC +04:00)
İlon Mask "SpaceX"i birjaya çıxarmağı planlaşdırır
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

İlon Maskın sahibi olduğu "SpaceX" şirkəti yayın əvvəlində səhmlərinin satışını həyata keçirməyi nəzərdən keçirir. İlkin kütləvi təklifin (IPO) şirkətin 1,5 trilyon dollar dəyərində qiymətləndirilməsi ilə iyun ayının ortalarında baş tutması planlaşdırılır.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, tarixin planetar uyğunlaşma və Maskın 28 iyunda qeyd ediləcək ad günü ilə üst-üstə düşməsi simvolik addım kimi qiymətləndirilir.

"SpaceX" IPO çərçivəsində 50 milyard dollar cəlb etməyi hədəfləyir. Bu, əvvəlki planlarla müqayisədə dəyərin təxminən 800 milyard dollar artırılması deməkdir. Şirkətin səhm satışında "Bank of America", "JP Morgan", "Goldman Sachs" və "Morgan Stanley" kimi iri maliyyə institutlarının aparıcı rol alması nəzərdən keçirilir.

İlon Mask bildirib ki, "SpaceX"-in illik gəliri 15,5 milyard dollar təşkil edir və bunun 1,1 milyard dolları NASA ilə müqavilələrdən əldə olunur. Mask şirkətin təxminən 42%-nə sahibdir. O, eyni zamanda "Tesla" səhmlərinin 17%-nə və "X" sosial media platformasının böyük hissəsinə nəzarət edir.

Qeyd edək ki, "SpaceX" peyklərin buraxılması, Beynəlxalq Kosmik Stansiya üçün missiyalar və Starlink peyk internet xidməti hesabına gəlir əldə edir. Əgər IPO reallaşarsa, bu, 2019-cu ildə 29 milyard dollar cəlb edən "Saudi Aramco"-nun səhmlərinin yerləşdirilməsindən daha böyük ilkin maliyyələşmə ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti