Bakı. Trend:
Tailandda növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə əlaqədar ölkədə spirtli içkilərin satışı müvəqqəti olaraq qadağan ediləcək
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tailandın Turizm Polisi tərəfindən yayılan məlumatda bildirilir.
Məlumata görə, qadağa 7 fevral şənbə günü saat 18:00-dan (MSK ilə 14:00) etibarən 24 saat ərzində qüvvədə olacaq.
Qeyd olunur ki, Tailand qanunvericiliyinə əsasən, seçki dövründə bütün növ spirtli içkilərin satışı və paylanması ölkə ərazisində qəti qadağandır.
Bu tədbir minimarketlər, supermarketlər, restoranlar, bütün əyləncə obyektləri və gecə klubları, həmçinin spirtli içkilərin satışı və paylanması ilə bağlı isətnilən tədbirlərə şamil olunur.
