...

Livanda beşmərtəbəli bina çöküb: ölənlərin sayı 14 nəfərə çatıb

Dünya xəbərləri Materials 9 Fevral 2026 12:17 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Livanın şimalında yerləşən Tripoli şəhərində beş mərtəbəli yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Livanın Mülki Müdafiə Xidmətinin rəisi general İmdad Hreyş bəyanat verib.

“Son vəziyyətə görə, dağıntılar altından həyat əlaməti olmayan 14 cansız bədən çıxarılıb, 8 nəfəri isə diri çıxartmağa nail olublar və onlar müalicə üçün xəstəxanaya göndərilib”, - məlumatda bildirilir.

Bundan əvvəl şəhərin meri Əbdül Həmid Kərim hökumətə müraciət edərək, qədim Bab-Tabannna məhəlləsinin fəlakət zonası elan olunmasını istəmişdi. Leysan yağışlardan sonra həmin məhəllədə artıq iki yaşayış binası çöküb.

O artıq bir neçə binadan sakinlərin təxliyə olunduğunu diqqətə çatdırıb.

xxx

01:18

Livanın şimalındakı Tripoli şəhərində beşmərtəbəli binanın çökməsi nəticəsində azı altı nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə Tripoli meri Əbdül Həmid Kərimə rəsmi internet saytında yayımlanan açıqlamasında bildirib.

“Hazırda dağıntılar altından altı cəsəd çıxarılıb, daha yeddi nəfər isə sağ xilas edilib. Yaralılar xəstəxanaya yerləşdirilib”, – deyə mer qeyd edib. Onun sözlərinə görə, xilasetmə işləri davam edir və ölənlərin, eləcə də yaralananların sayının artacağı istisna olunmur.

Əbdül Həmid Kərimə vurğulayıb ki, son günlərdə güclü yağışlardan sonra iki yaşayış binasının uçduğu qədim Bab əl-Təbbənə məhəlləsinin fəlakət zonası elan edilməsi üçün hökumətə müraciət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti