Bakı. Trend:
Hindistan Racastan ştatının Əlvar rayonunda yerləşən Bivadi sənaye zonasında qanunsuz fəaliyyət göstərən fişəng fabrikində güclü partlayış baş verib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Hadisə nəticəsində fabrikin azı yeddi işçisi diri-diri yanıb. Daha iki nəfərin fabrikin ərazisində alovun mühasirəsində olduğunu güman edilir. İnsident vaxtı fabrikin binasında 25 işçi olub.
İlkin məlumata görə, yanğından əvvəl barıt və kartonların saxlanıldığı sahədə güclü partlayış baş verib və alov sürətlə yayılmağa başlayıb.
Faktla bağlı araşdırma aparılır.
