...

İran prezidenti İraqla əməkdaşlığın inkişaf etdirilməsini zəruri hesab edir

Dünya xəbərləri Materials 4 May 2006 15:39 (UTC +04:00)

İran prezidenti Mahmud Əhmədi Nejad İraqla əməkdaşlığın inkişaf etdirilməsini zəruri hesab edir. Belə bir fikirlə o, İranın Bağdaddakı yeni səfiri Həsən Kazimi-Kvomi ilə görüşərkən bəyan edib. M.Ə.Nejad səfirin diqqətini İranla İraq arasında sıx əlaqələrin yaranmasına cəlb edib. Bu barədə IRNA agentliyi məlumat verib.

Trend in verdiyi xəbərə görə, İraqda İslam İnqilabı Ali Şurasının rəhbəri Əbdül Əziz əl-Hakim və İraqın digər ictimai təşkilatlarının nümayəndələri İran və ABŞ-ı İraqın problemləri üzrə danışıqlar aparmağa çağırıblar. Lakin danışıqların dəqiq tarixi müəyyən edilməyib. Bununla yanaşı, bu danışıqlarda nüvə proqramı müzakirə olunmayacaq. ABŞ İranı "dinc atom" proqramı adı altında atom silahı yaratmaqda günahlandırır. Tehran bu ittihamları rədd edir və onun nüvə proqramının istisnasız olaraq ölkədə getdikcə artan enerji tələbatının ödənilməsi proqramına yönəldiyini bəyan edir. Bu barədə RBK məlumat verib.

Xəbər lenti

Xəbər lenti