...

Rusiyada silahlanma xərcləri 20 faiz artacaq

Dünya xəbərləri Materials 10 May 2006 13:43 (UTC +04:00)

2007-ci ildə Rusiyada silah alınmasına çəkiləcən xərclər cari illə müqafisədə 20 faiz artacaq. Bu qərar cümə axşamı hökumət yanındakı hərbi-sənaye komissiyasının birinci rəsmi iclasında təsdiqlənməlidir. Bu barədə "Kommersant" qəzeti yazır.

Trend in verdiyi məlumata görə, komissiya rəhbərinin müavini Vladislav Putilin qəzetə bildirib ki, 2007-ci ildə Müdafiə Nazirliyinin xətti ilə sifarişlərin həcmi 302,7 milyard rubl təşkil edəcək. Bu vəsaitin əsas hissəsi (145 milyard) yeni hərbi texnikanın və silahların alınmasına sərf olunacaq. Bu, cari ildəkindən 22 % çoxdur. Təmir işlərinə 60 milyard (2006-zcı ildəkindən 15,7 % çox), elmi-tədqiqat və təcrübə -konstruktor işlərinə 98 milyarda yaxın (bir əvvəlkindən 20% çox) xərclənəcək.

Xəbər lenti

Xəbər lenti