...

A.Veşnyakov: Avropa Birliyi ölkələrində vahid parlament seçkiləri standartları qəbul edilməlidir

Dünya xəbərləri Materials 22 May 2006 15:44 (UTC +04:00)

Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Aleksandr Veşnyakov Avropa Birliyi ölkələrində vahid parlament seçkiləri standartlarının qəbul edilməsini vacib hesab edir. Trend agentliyi "RBK"-ya istinadən xəbər verir ki, mərkəzi seçki komissiyaları nümayəndələrinin "Beynəlxalq seçki standartlarının inkişafı və kodlaşdırılması" adlı 3-cü Avropa konfransında çıxış edən A.Veşnyakov bildirib ki, 2006-ci il mayın 19-dan Rusiya Avropa Şurası Nazirlər Komitəsinin sədri olub. Həmin iclasda 24 Avropa və MDB ölkələri seçki komissiyalarının, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

O vurğulayıb ki, bu gün seçki hüququ sahəsində beynəlxalq normaların kodlaşdırılması məsələsi aktualdır. Onun sözlərinə görə, hələ 2002-cı ildə Mərkəzi və Şərqi Avropa Ölkələri Seçki Təşkilatçılarının Assosiasiyası demokratik seçkilər, seçki hüququ və azadlığının demokratik standartları haqqında Avropa konvensiyasının layihəsini hazırlayıb.

O xatırlayıb ki, 2003-cü il yanvarın 30-da AŞPA seçkilərin keçirilmə qaydalarının kodlaşdırılması təşəbbüsünü üzərinə götürdüyü haqqında qətnamə qəbul edib. Lakin A.Veşnyakovun dediklərinə görə, həmin layihənin vaxtından əvvəl qəbul olunduğu bildirildi və bu sahədə heç bir iş görülmədi.

Xəbər lenti

Xəbər lenti