...

Vladimir Putin: RF öz maraqlarını ABŞ-ın etdiyi kimi, ölkə üçün əlverişli üsullarla qoruyacaq

Dünya xəbərləri Materials 26 May 2006 11:17 (UTC +04:00)

Rusiya öz maraqlarını ABŞ-ın etdiyi kimi ölkə üçün əlverişli üsullarla qoruyur və qoruyacaq. Bu barədə mayın 26-da Soçidə keçirdiyi brifinqdə RF prezidenti Vladimir Putin Rusiya-AB sammitinin yekunları üzrə və bu yaxınlarda ABŞ-ın vitse-prezidenti Dik Çeyninin Moskvanın yürütdüyü siyasəti tənqid etməsi ilə bağlı məsələni şərh edərkən bəyan edib. "Bizim digər ölkələrlə münasibətlərimzə gəlincə, biz bu münasibətləri ilk növbədə onlarla müzakirə edəcəyik", - deyə V.Putin bildirib.

"Biz ABŞ-ın öz maraqlarını necə müdafiə etməsini və bu istiqamətdə hansı üsullara əl atdığını görürük. Biz öz maraqlarımız uğrunda mübarizə aparanda vəzifələrimizi yerinə yetirmək üçün bu maraqları əlverişli üsullarla müdafiə edirik və bunun kimi isə təəccübləndirməsi çox qəribədir", - deyə RF prezidenti qeyd edib.

Trend in RBK-ya istinadən xəbər verdiyi kimi, V.Putin vurğulayıb ki, ABŞ Rusiyanın ən iri tərəfdaşlarından biridir və Rusiya bu ölkə ilə qarşılıqlı əlaqələri qiymətləndirir. " Rusiya və ABŞ arasında tərəfdaşlığın heç nə ilə əvəz oluna bilməyəcəyi bir çox sahələr var", - deyə o bildirib. V.Putin əmin olduğunu vurğulayıb ki, bu "nöqteyi-nəzər" Rusiyanın ABŞ-dakı bir çox tərəfdaşları, o cümlədən Corc Buş tərəfindən dəstəklənir.

Xəbər lenti

Xəbər lenti