...

Rusiya İrana "Tor-M1" hava hücumundan müdafiə kompleksləri çatdıracaq

Dünya xəbərləri Materials 26 May 2006 18:36 (UTC +04:00)

Rusiyanın müdafiə naziri Sergey İvanov deyib ki, İrana "Tor-M1" hava hücumundan müdafiə komplekslərinin çatdırılması haqqında müqavilə yerinə yetiriləcək.

Trend agentliyinin "RİA Novosti"yə istinadən yaydığı məlumata əsasən, jurnalistlərin suallarına cavab verən S.İvanov deyib ki, müqavilə imzalanıb və onun icrası üçün müəyyən vaxt lazımdır. Əgər heç bir fors-major vəziyyəti yaranmasa, müqavilə yerinə yetiriləcək.

Nazir qeyd edib ki, "Tor-M1" - yaxın radiuslu hava hücumundan müdafiə kompleksidir.

Xəbər lenti

Xəbər lenti