...

Gürcüstanın paytaxtı işıqsız qalıb

Dünya xəbərləri Materials 1 İyun 2006 20:14 (UTC +04:00)

Cümə günü Tbilisi də daxil olmaqla, şərqi Gürcüstan qəza üzündən ışıqsız qalıb.

"İşıq sistemin qəzası nəticəsində kəsilib. Səbəblər araşdırılır" - deyə Telasi şirkətinin rəsmi nümayəndəsi Valeri Pantsulaya "RİA Novosti"yə bildirib.

Trend agentliyinin "RİA Novosti"yə istinadən yaydığı məlumata əsasən, mütəxəssislər 10-15 dəqiqəyə işığın veriləcəyini vəd edib, lakin V.Pantsulaya problemin belə təcili həll edilməsinin mümkünlüyünə şübhə edir.

Tbilisidə qəza üzündən metro və işıqforlar işləmir.

Xəbər lenti

Xəbər lenti