...

İran prezidenti digər ölkələrin liderlərinə şəxsi müraciətlər göndərir

Dünya xəbərləri Materials 8 İyun 2006 16:10 (UTC +04:00)

İran prezidenti Mahmud Əhmədinecad digər ölkələrin rəhbərlərinə şəxsi müraciət göndərmə təcrübəsini davam etdirmək niyyətindədir. O, bu barədə İran yayım korporasiyasının birinci kanalında olarkən bildirib. İran lideri ilk belə müraciəti bir ay əvvəl ABŞ prezidenti Corc Buşa göndərib. Bu, İran siyasi xadiminin ABŞ rəhbərliyinə ilk birbaşa müraciəti olub. M.Əhmədinecad deyib: "Müxtəlif ölkələrə göndəriləcək müraciətlər hazır olan kimi, onların dövlət başçılarına göndərilməsi davam edəcək". O qeyd edib ki, keçən ay yarım vaxt onun prezident vəzifəsində olduğu "ən ağır" vaxt olub.

Trend in İnterfaksa əsasən verdiyi xəbərə görə, prezident diqqətin yönəldiləcəyi bir neçə istiqamət göstərib: gənclər arasındakı işsizliklə mübarizə, maliyyə fırıldaqları və dövlət malının oğurlanması ilə mübarizə. O, həmçinin, metallurgiya, alüminium, qaz və mədənçıxarma sənayelərini xüsusi olaraq nəzərə çarpdıraraq, xarici investorları İrandakı imkanlardan fəal şəkildə istifadə etməyə dəvət edib. M.Əhmədinecad deyib: "Hökümət dövlət investisiyalarını məhdudlaşdırmaqda qərarlıdır. Bu cür şəraitdə İran və xarici investorlar kapital qoyuluşu etmək və bununla da İranın irəliləməsinə və inkişafına yardım etmək üçün yaxşı şans əldə edirlər".

Xəbər lenti

Xəbər lenti