...

Qazaxıstan bütün neft gəlirlərini Milli Fonda yönəldəcək

Dünya xəbərləri Materials 16 İyun 2006 13:32 (UTC +04:00)

Bu ilin büdcəsində edilən düzəlişlər bu həftə Qazaxıstan Məclisi tərəfindən bəyənilib. Trend in Astanadakı xüsusi müxbirinin verdiyi xəbərə görə, cari il iyulun 1-dən neft gəlirləri öz istiqamətini dəyişəcək və Milli Fonda yönələcək. Dövlət xəzinəsi qeyri-neft sektorundan gələn gəlirlər hesabına artacaq. Əgər gəlirlər xərcləri ödəməsə, Milli Fonddan transfert şəklində yardım gələcək.

Qazaxıstan İqtisadiyyat naziri Kərim Məsimovun sözlərinə görə, dəyişikliklər büdcənin bütün əsas maddələrinə aid olacaq. Daxilolmalar əvvəl təsdiq olunmuş büdcə ilə müqayisədə 42 milyard tenqe artacaq və 1 trilyon 749,1 milyard tenqe təşkil edəcək. Gəlirlər - 42 milyard tenqe artacaq və 1 trilyon 510,3 milyard tenqe təşkil edəcək. Xərclər isə 54,5 milyard tenqe artaraq, 1 trilyon 761,6 milyard tenqe olacaq.

Kərim Məsimov bildirib ki, Qazaxıstan höküməti neftin orta qiymətini təqib etməyə üstünlük verir. "Biz neftin DTD növünün qiymətinə əsaslanırıq, bu gün onun bir barelinin qiyməti 55 ABŞ dollarıdır. Rusiyada onun bir bareli 52 ABŞ dolları, BVF-də isə 50 ABŞ dollarıdır, ona görə də biz orta qiymət çıxarırıq - 44 ABŞ dolları", - deyə o, məsələyə aydınlıq gətirib.

Xəbər lenti

Xəbər lenti