...

Ukrayna müxalifəti Radanın iclas zalını ələ keçirib

Dünya xəbərləri Materials 27 İyun 2006 17:53 (UTC +04:00)

Regionlar Partiyası fraksiyasının üzvləri Ali Radada tribuna və rəyasət heyətinin masasını hələ iclas başlamazdan əvvəl ələ keçirib. Qonaq lojası isə kürsülərlə barrikadaya alınıb.

Millət vəkili Yuriy Boldıryovun sözlərinə görə, bununla "parlament müxalifəti parlament komitələrində vəzifələrin qeyri-demokratik paylaşdırılmasına etiraz edir".

Trend agentliyinin "İTAR-TASS"a istinadən yaydığı məlumata əsasən, iyunun 27-də deputatlar parlament komitələrinin sayını, onların fəaliyyət istiqamətlərini müəyyənləşdirməlidir. Müxalifətə yalnız özəlləşdirmə məsələləri üzrə xüsusi komissiyanı vermək ehtimal olunur.

"Bizim Ukrayna" Pyotr Poroşenkonun namizədliyini Ali Radanın rəhbəri vəzifəsinə irəli sürüb.

Xəbər lenti

Xəbər lenti