...

RF höküməti MDB-də yük avtonəqliyyatının tərəzidə çəkilmə sertifikatının tətbiqi barədə sazişi təsdiqləyib

Dünya xəbərləri Materials 17 İyul 2006 18:26 (UTC +04:00)

RF höküməti MDB ölkələri ərazisində yük nəqliyyat vasitələrinin tərəzidə çəkilməsi üzrə beynəlxalq sertifikatın tətbiqi barədə sazişi təsdiqləyib. Bu barədə hökümətin mətbuat xidməti bildirib. RF hökümət nümayəndəsi Mixail Fradkov da müvafiq qətnamə imzalayıb. RF Nəqliyyat Nazirliyi və Nəqliyyat sahəsində nəzarət üzrə federal xidmət saziş müddəalarının həyata keçirilməsi üzrə səlahiyyətli orqan seçilib.

Xəbər verildiyi kimi, saziş nəqliyyat vasitələrinin tərəzidə çəkilməsi üzrə beynəlxalq sertifikatın verilməsi və qarşılıqlı tanınması zamanı MDB ölkələrinin münasibətlərini tənzimləyir. Sertifikat Birlik dövlətləri arasında sərhəddən keçmə prosedurunun asanlaşdırılması, o cümlədən bu ölkələrin ərazisində nəqliyyat vasitələrini dəfələrlə tərəzidə çəkməmək məqsədi ilə verilir. Sənədə əsasən, MDB ölkələri Birliyin istənilən üzvü tərəfindən verilmiş sertifikatı qəbul edir və qarşılıqlı surətdə tanıyır.

Trend in verdiyi xəbərə görə, sazişin qüvvəyə mindiyi gündən 5 il ərzində qüvvədə olacağı və əgər bu müddət bitdikdən sonra başqa qərar qəbul olunmazsa, avtomatik olaraq gələn 5 illik müddətə uzadılacağı planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti