...

İqdır istiqamətində hərəkət edən avtobus qəzaya uğrayıb

Dünya xəbərləri Materials 9 Fevral 2007 10:55 (UTC +04:00)

İqdır istiqamətində hərəkət edən avtobus Ərzincan-Ərzurum yolu sahəsində aşıb. Qəzanın səbəbi kimi yolun buz olması, sürücünün sürəti artırması və diqqətsizliyi göstərilib.

Trend in Ankara müxbiri xəbər verir ki, qəza nəticəsində avtobusdakı 38 sərnişindən 12-si müxtəlif dərəcəli xəsarət alıb.

Xəsarət almışlar yerli xəstəxanaya yerləşdirilblər. Avtobusda olan İstanbuldan Naxıçvana gedən Azərbaycan vətəndaşı Aybəniz Hüseynova xəsarət almayıb. Başqa Azərbaycan vətəndaşlırının xəsarət alması barədə məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti