...

Qazaxıstanda mənzilin bir kvadrat metrinin qiyməti min dolları ötüb

Dünya xəbərləri Materials 12 Fevral 2007 16:42 (UTC +04:00)

Qazaxıstanda mənzilin bir kvadrat metrinin qiyməti min dolları ötüb. Bu barədə Trend in Astanadakı xüsusi müxbiri dövlət agentliyinə istinadən xəbər verir.

2006-cı ilin yanvar ayı ilə müqayisədə 2007-ci ilin yanvar ayında Qazaxıstanda mənzid 1,4-1,6 dəfə bahalaşıb. Bu barədə Dövlət Statistika Agentliyinin cümə günü yaydığı məlumatda qeyd olunub.

Məlumata əsasən, 2007-ci ilin yanvar ayında orta hesabla respublika üzrə yeni mənzilin bir kvadrat metrinin qiyməti 131 min tenqe (məzənnə 1 ABŞ dollarına görə 125,58 tenqe), yəni min dollardan çox təşkil edib və 2006-cı ilin yanvar ayı ilə müqayisədə 38,8% artıb.

Xəbər lenti

Xəbər lenti