...

Fələstində yeni hökumətin formalaşması başa çatıb

Dünya xəbərləri Materials 15 Mart 2007 16:55 (UTC +04:00)

Associated Press -in verdiyi məlumata görə, bu gün Fələstin muxtariyyatının baş naziri İsmayıl Haniyə yeni kabinetin siyahısını Fələstin Milli Adminstrasiyasının sədri Mahmud Abbasa təqdim edib, beləliklə, yeni koalisiya hökumətinin formalaşması başa çatıb. İ.Haniyə bildirib ki, M.Abbas təqdim olunan siyahını qəbul ebib.

İ.Haniyə bildirib: "Biz hökumətin yeni mərhələ açacağını nikbinliklə gözləyirik."

O həmçinin deyib ki, Avropa ölkələri yeni hökumətlə işləməyə razıdır, lakin İsrail və Amerika hökumətlərinin razılığını almaq çətin olacaq. RBK . -nın məlumatında: "Biz milli birliyin müdafiəsi, blokadanın götürülməsi və beynəlxalq ictimaiyyətlə əlaqələri gücləndirmək üçün mümkün olan hər şey etməyə hazırıq", - deyə İ.Haniyə bildirib. Koalisiya hökumətinin formalaşdırılması barədə razılaşma FƏTH və "Həmas" fələstin hərəkatları arasında 2007-ci il fevralın 8-də Məkkədə aparılan danışıqlarda əldə edilib. Gözlənilir ki, milli birlik hökumətinin fəaliyyəti regionda zorakılığa son qoyacaq və muxtariyyatı beynəlxalq təcriddən azad edəcək.

Xəbər lenti

Xəbər lenti