...

Türkiyə prezidenti yeni prezident seçilənə qədər vəzifəsini icra edəcək

Dünya xəbərləri Materials 4 May 2007 14:22 (UTC +04:00)

Türkiyə,Ankara/müxbir Trend Ə.Ələsgərov/Türkiyədə yeni prezident seçilənə qədər bu posta hazırki prezident Əhməd Nejdət Sezər başçılıq edəcək. Bu barədə İstanbulun Vəkillər Birliyinin rəhbəri Kazım Qolçuoğlu prezident Sezərlə müzakirələrdən sonra bəyan edib. Sezər birliyin rəhbərini "Keşk" prezident sarayında qəbul edib.

Qolçuoğlu bu mövqeni təbii adlandırıb, belə ki, Türkiyə Konstitusiyasının 102-ci bəndinə əsasən, "Keşk"də prezident vəzifəsini müddəti başa çatana və səlahiyyətləri yeni seçilmiş prezidentə təhvil verənə qədər yerinə yetirir.

Qolçuoğlunun fikrincə, hazırki prezidentin səlahiyyətlərinin bu il mayın 16-da başa çatmasına baxmayaraq, bnunla əlaqədar Sezər səlahiyyətlərini növbədənkənar parlament və yeni dövlət başçısının seçilməsi proseduruna qədər təxminən əlavə iki ay da yerinə yetirəcək.

Xəbər lenti

Xəbər lenti