...

ABŞ-ın Avropadakı HHQ-nin komandanı Tbilisiyə gəlir

Dünya xəbərləri Materials 15 May 2007 16:26 (UTC +04:00)

Gürcüstan,Tbilisi/müxbir Trend N.Kirtsxalia/15-16 may tarixdə ABŞ-ın Avropadakı HHQ-nin komandanı general Tom Hobbins Gürcüstana səfər edəcək. ABŞ-ın Tbilisidəki səfirliyinin məlumatına əsasən, general Hobbins səfər çərçivəsində gürcü həmkarları ilə görüşəcək.

Görüş zamanı ABŞ-ın Avropadakı HHQ-nin Gürcüstanın Silahlı Qüvvələrinə İraqda sülhməramlı əməliyyatlar çərçivəsində göstərəcəyi mümkün yardım müzakirə ediləcək.

Trend in xüsusi müxbirinə Gürcüstanın Müdafiə Nazirliyindən verilən məlumata əsasən, ABŞ HHQ-nin bəzi zabitləri sabitliyin qorunması üzrə Proqram çərçivəsində Krtsanisi tədris mərkəzindədirlər. Onlar gürcü hərbçilərinin İraqda koalisiya qüvvələri tərkibində xidmətə hazırlıqda iştirak edir.

İyunda Gürcüstan İraqdakı əsgərlərinin sayını 2 000 nəfərə çatdırmaq niyyətindədir. Onlar Əlkut şəhərində xüsusi məsuliyyət zonası əldə edəcək.

Xəbər lenti

Xəbər lenti