...

RF XİN rəhbəri: "2014 Olimpiadasının Soçidə keçirilməsi Rusiyanın nüfuzunu artıracaq"

Dünya xəbərləri Materials 10 İyul 2007 15:15 (UTC +04:00)
RF XİN rəhbəri: "2014 Olimpiadasının Soçidə keçirilməsi Rusiyanın nüfuzunu artıracaq"

RF XİN rəhbəri Sergey Lavrov hesab edir ki, 2014-cü il Qış Olimpiadasının Soçidə keçirilməsi beynəlxalq arenada Rusiya və onun müttəfiqlərinin nüfuzunu artıracaq.

"Zənnimcə, bu nəinki Rusiyanın, həm də bizim bütün dostlarımız və müttəfiqlərimizin nüfuzunu artıracaq" - deyə çərşənbə axşamı nazir öz qırğız həmkarı Ednan Karabayevlə danışıqlarda bildirib.

Öz növbəsində Qırğızıstan XİN rəhbəri də Soçinin Olimpiadanın paytaxti seçilməsi ilə əlaqədar Rusiyaya göndərilən çoxsaylı təbriklərə qoşulub. Bu barədə xəbəri RİA Novosti yayıb.

"Bu, Vladimr Putinin yüksək beynəlxalq imicinin simvoludur" - deyə qırğız nazir bildirib.

Ötən həftə Qvatemalada Beynəlxalq Olimpiya Komitəsinin sessiyasında Soçi Avstriyanın Zaltsburq və Cənubi Koreyanın Pxençxan şəhərlərini geridə qoyaraq 2014-cü il Olimpiadasının paytaxtı seçilib. Soçinin olimpiya təqdimatında RF prezidenti Vladimr Putin iştirak edib.

Xəbər lenti

Xəbər lenti