...

Maltanın Avropa Oyunlarına gələcək heyəti məlum oldu

Baku 2015 : EUROGAMES Materials 31 May 2015 01:44 (UTC +04:00)
Malta “Bakı-2015” ilk Avropa Oyunlarında idmanın su polosu (13), atletika (35), badminton (2), velosiped (2), cüdo (2), atıcılıq (2) və triatlon (3) növləri üzrə mübarizə aparacaq 59 idmançı ilə təmsil olunacaq.
Maltanın Avropa Oyunlarına gələcək heyəti məlum oldu

Azərbaycan, Bakı, 31 may /Trend/

Malta "Bakı-2015" ilk Avropa Oyunlarında idmanın su polosu (13), atletika (35), badminton (2), velosiped (2), cüdo (2), atıcılıq (2) və triatlon (3) növləri üzrə mübarizə aparacaq 59 idmançı ilə təmsil olunacaq.

Trend AZƏRTAC-a istinadən xəbər verir ki, yarışlarda Malta nümayəndə heyətinə Dion Buhagiar başçılıq edəcək.

"Bakı-2015" Əməliyyat Komitəsi ilə ötən müddət ərzində sıx əlaqədə olduğunu bildirən Dion Buhagiar vurğulayıb ki, yarışların yüksək səviyyədə keçiriləcəyi artıq məlumdur. O deyib: "İlk Avropa Oyunlarının proqramına daxil edilmiş bəzi idman növlərinin "Rio-2016" Olimpiya Oyunları üçün təsnifat imkanı verməsi yarışların önəmini daha da artırır".

"Bakı-2015"-in su polosu yarışlarında Maltanı təmsil edəcək komandanın kapitanı Ben Plumpton bu ölkənin bayraqdarı seçilib.

Xəbər lenti

Xəbər lenti