...

"Zaman tuneli" təqdim olunacaq

Mədəniyyət Materials 27 Fevral 2015 20:11 (UTC +04:00)
Martın 3-ü saat 14:00-da Ramil Əhmədin “Zaman tuneli” kitabının təqdimat və imza günü keçiriləcək.
"Zaman tuneli" təqdim olunacaq

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Martın 3-ü saat 14:00-da Ramil Əhmədin "Zaman tuneli" kitabının təqdimat və imza günü keçiriləcək.

Tədbir Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda baş tutacaq. "Zaman tuneli" ayrı-ayrı məkanları, zamanları birləşdirir. Kitab 7 bölmədən və 77 şeirdən ibarətdir.

Burada gələcək və keçmiş iç-içə keçirilib, ağ və qara arasındakı xətt pozulub. Hamı və hər şey sınıq güzgünün göstərdiyi kimi yüzlərlə hissələrə bölünüb. Müəllif bu parçalanmanı yaratmaqla oxucunu sonsuzluğa səyahətə dəvət edir.

R.Əhməd 2011-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. Yüksək təhsil göstəricilərinə görə iki dəfə (2013 və 2014-cü illərdə) "İlin tələbəsi" fəxri adı ilə təltif edilib.

Azərbaycan Yazıçılar Birliyinin və Gənc Ədiblər Məktəbinin üzvüdür. 2013-cü ildə Prezident təqaüdünə layiq görülüb. 2015-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən ədəbiyyat sahəsindəki uğurlarına görə "Gənclər mükafatı" ilə təltif olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti