Bakı. Trend:
Bu gün Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulub.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, cavab oyunları çərçivəsində iki matç baş tutub.
İtaliyada "Roma"ya iki cavabsız qol vuran "Bayer" məğlubedilməzliyini evdəki görüşdə də davam edib. 0:2 hesabı ilə geri düşən leverkuzenlilər son dəqiqələrdə məğlubiyyətdən xilas olublar. 88-ci dəqiqədə Mançinin avtoqolu ilə fərqi minimuma endirən "Bayer" 90+7-ci dəqiqədə hesabı bərabərləşdirib.
"Atalanta" isə "Marsel"i keçib. Səfərdən heç-heçə ilə dönən Berqamo təmsilçisi öz meydanında 3:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, qitənin ikinci dərəcəli klub turnirinin finalı mayın 22-də Dublində keçiriləcək.
Avropa Liqası
Yarımfinal, cavab oyunları
9 may
23:00. "Bayer" – "Roma" - 2:2
İlk oyun – 2:0
23:00. "Atalanta" – "Marsel" - 3:0
İlk oyun – 1:1