...

Qazaxda 7 min illik alətlər tapıldı (FOTO/VİDEO)

Mədəniyyət Materials 23 Avqust 2016 18:09 (UTC +04:00)
Azərbaycanlılarla yaponların birgə işi hamını təəccübləndirib.
Qazaxda 7 min illik alətlər tapıldı (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycanlılarla yaponların birgə işi  hamını təəccübləndirib.

Trend Region TV-yə  istinadən xəbər verir ki, Qazaxda yerləşən Avey dövlət mədəniyyət qoruğunun ərazisində, Damcılı mağarasında  arxeoloji qazıntılar zamanı 7 min il əvvəl neolit dövrünə aid alətlər tapılıb.

Mağarada 4 metr dərinliyində qazıntı işləri aparılarkən ərazinin qədim insan məskəni olması bir daha təsdiqlənib. İmzalanmış memoranduma əsasən Qazax rayonu ərazisində 5 il müddətinə arxeoloji qazıntılar davam edəcək. Tapılan maddi-mədəniyyət nümunələrinin neolit dövrünə aid olmasının təsdiqlənməsi üçün Yaponiya laboratoriyalarına göndəriləcək.

Bir neçə ildir Tovuzda Göytəpə, Hacıələmxanlı və digər qədim yaşayış məskənlərində arxeoloji qazıntılar aparan yaponiyalı mütəxəssislər Tovuz və Qazaxın yaxın olmasını və buradan tapılan alətlərin daha qədim olduğunu düşünürlər.

İlkin mərhələdə aparılan qazıntılar isə yekunlaşıb. Növbəti ildən yapon və yerli arxeoloqlar daha geniş ərazidə tədqiqat işlərinə başlayacaqlar.

 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti