...

Müğənni Samirə Qurban bayramı ərəfəsində "Retro Bakı" layihəsində

Mədəniyyət Materials 9 Sentyabr 2016 13:44 (UTC +04:00)
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin “Retro Bakı” layihəsi Qurban bayramı ərəfəsində yenidən zəngin konsert proqramı ilə Bakı sakinlərinin və qonaqlarının görüşünə gələcək.
Müğənni Samirə Qurban bayramı ərəfəsində "Retro Bakı" layihəsində

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin “Retro Bakı” layihəsi Qurban bayramı ərəfəsində yenidən zəngin konsert proqramı ilə Bakı sakinlərinin və qonaqlarının görüşünə gələcək.

İdarədən Trend-ə verilən məlumata görə, mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə keçirilən növbəti konsertlər 10-11 sentyabr, saat 18:00-da Fəvvarələr Meydanında baş tutacaq.

Bu həftə “Retro Bakı”da tanınmış müğənnilər Zaur Əmiraslanov, Samirə Allahverdiyeva, Nurlan Əzizbəyli, Rüfət Xəlil, Mircabbar Cabbarov, Orxan Babazadə və “Gilavar” qrupu iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti