...

Sabirabadda silahlı narkotik alverçisi yaxalandı

Hadisə Materials 9 İyun 2016 11:40 (UTC +04:00)
Sabirabad rayonunda narkotik alverçisindən silah tutulub.
Sabirabadda silahlı narkotik alverçisi yaxalandı

Bakı. Trend:

Sabirabad rayonunda narkotik alverçisindən silah tutulub. Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əsgərbəyli kənd sakini Qaraş Qarayevin yaşadığı evin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə kolu, zirzəmiyə baxış zamanı isə 6 kiloqram 800 qram marixuana, müvafiq sənədləri olmayan "Simson" markalı ov tüfəngi və 2 ədəd bıçaq aşkar edilərək götürülüb.

Q.Qarayev tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti