...

Öz evini yandırıb külə çevirdi (FOTO)

Hadisə Materials 19 İyul 2016 14:58 (UTC +04:00)
Gəncədə ev sahibi yaşadığı mənzili yandırıb.
Öz evini yandırıb külə çevirdi (FOTO)

Bakı. Trend:

Gəncədə ev sahibi yaşadığı mənzili yandırıb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, bir otaqlı fərdi yaşayış evi yanıb külə dönüb. Hadisənin ailə mübahisəsi zəminində baş verdiyi güman olunur.

Bu gün günorta saat 12:00 radələrində Gəncə Şəhəri, Məhsəti qəsəbəsində yeni salınan yaşayış massivində Vüqar İmanova məxsus, ümumi sahəsi 25 kvadratmetr olan fərdi yaşayış evində yanğın baş verib.

Dərhal hadisə yerinə Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 3 yanğınsöndürmə briqadası cəlb olunub. Görülən qabaqlayıcı tədbirlərə baxmayaraq, bir otaqlı ev əşyaları ilə birlikdə yanaraq yararsız hala düşüb. Yanğınsöndürmə briqadası yalnız alovun ətraf ərazilərə yayılmasının qarşısını ala bilib.

Yanğın baş verən zaman mənzildə ev sahibi V.İmanovdan başqa heç kim olmayıb. Hadisə barədə Yanğından Mühafizə İdarəsinə isə qonşular məlumat verib.

Baş vermiş hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin müvafiq sutrukturları ilə yanaşı, Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsində də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti