...

Mənzilə aldatma yolu ilə girən oğru ev sahibəsini bıçaqlayıb

Hadisə Materials 28 İyul 2016 13:14 (UTC +04:00)
Bakıda evə basqın edən oğru ev sahibəsini bıçaqlayıb.
Mənzilə aldatma yolu ilə girən oğru ev sahibəsini bıçaqlayıb

Bakı. Trend:

Bakıda evə basqın edən oğru ev sahibəsini bıçaqlayıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 27-də Binəqədi rayonu ərazisində yaşayan İradə Hüseynovanın mənzilinə aldatma yolu ilə girmiş naməlum şəxs ona bıçaqla xəsarət yetirib və oradan 110 manat pul aparıb.

İ.Hüseynova xəstəxanaya yerləşdirilib.

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə hadisənin Bakı şəhər sakini Samir Rəşidov tərəfindən törədilməsi müəyyən edilib.

Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti