...

Dənizdə 1 nəfər batıb

Hadisə Materials 25 Sentyabr 2016 17:33 (UTC +04:00)
Bakının Suraxanı rayonunda dənizdə 1 nəfər batıb
Dənizdə 1 nəfər batıb

Bakı. Trend:

Bakının Suraxanı rayonunda dənizdə 1 nəfər batıb.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Suraxanı rayonunda dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 5 km aralı, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və 1965-ci il təvəllüdlü, Ağamirzəyev Şaiq Şahmirzə oğlunun cəsədi batdığı yerdən 30 metr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 14:05-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti