...

Bərdə rayonunda ağır yol qəzası - 2 ölü, 4 yaralı

Hadisə Materials 14 Yanvar 2017 12:10 (UTC +04:00)
Bərdə rayonunda ağır yol qəzası baş verib.
Bərdə rayonunda ağır yol qəzası - 2 ölü, 4 yaralı

Bakı. Trend:

Bərdə rayonunda ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 13-də saat 15 radələrində Bərdə rayonunun Kövər kəndində Yevlax rayon sakini Saleh Şamilovun idarə etdiyi "VAZ-21074" və Ağdam rayon sakini Emin Əliyevin idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə S.Şamilovun sərnişinlərindən oğlu Elvin hadisə yerində ölüb, özü və 2 sərnişini, habelə E.Əliyevin 2 sərnişini xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərdən Rahilə Alıyeva orada dünyasını dəyişib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti