...

Sevgilisini öldürdü - 16 il azadlığından oldu

Hadisə Materials 11 Aprel 2017 13:08 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini öldürməkdə təqsirləndirilən Valentina Flimonovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Sevgilisini öldürdü - 16 il azadlığından oldu

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini öldürməkdə təqsirləndirilən Valentina Flimonovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə V.Flimonova 16 il azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il avqustun 14-də Sabunçu rayonunun Bilgəh qəsəbəsində yaşayan V.Flimonova evində qeyri-rəsmi nikah münasibətlərində olduğu Nikolay Orlova bıçaqla xəsarət yetirib. N.Orlov hadisə yerində ölüb.

Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində V.Filimonova tutulub. V.Flimonova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti