...

Goranboyda 4 otaqlı ev yanıb

Hadisə Materials 25 Aprel 2017 05:16 (UTC +04:00)
Goranboy rayonu, Tatarlı kəndində yanğın qeydə alınıb
Goranboyda 4 otaqlı ev yanıb

Bakı. Trend:

Goranboy rayonu, Tatarlı kəndində yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Goranboy rayonu, Tatarlı kəndində (rayon mərkəzindən 11 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 195 m² olan kürsülü birmərtəbəli 4 otaqlı evin tavanının yanar konstruksiyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 03:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti