...

Dekabrın 14-nə olan krimxronika

Hadisə Materials 15 Dekabr 2005 14:27 (UTC +04:00)

Dekabrın 14-də daxili işlər orqanları tərəfindən 21 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 12-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 13 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 1 yol hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Gün ərzində 2 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, silah-sursatla əlaqəli 9 fakt müəyyən edilib. Cinayət törətdiyinə görə 24 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti