...

XİN: Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyündən kənar hər hansı statusu müzakirə mövzusu deyil

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 İyun 2016 23:35 (UTC +04:00)
Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyündən kənar hər hansı statusu müzakirə mövzusu deyil
XİN: Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyündən kənar hər hansı statusu müzakirə mövzusu deyil

Bakı. Trend:

Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyündən kənar hər hansı statusu müzakirə mövzusu deyil. Bunu Trend-ə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri E.Nalbəndyanın Dağlıq Qarabağın statusu müzakirə mövzusunun olmaması barədə bəyanatına münasibətdə deyib.

"Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi beynəlxalq ictimaiyyət tərəfindən tanınır və dəstəklənir. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində bir daha ölkəmizin ərazi bütövlüyü, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması və güc tətbiq edərək ərazi əldə edilməsinin qəbuledilməzliyi təsbit olunur. Odur ki, Azərbaycanın ərazisinin və suverenliyinin ayrılmaz hissəsi olan Dağlıq Qarabağın ölkəmizin ərazi bütövlüyündən kənar hər hansı statusu müzakirə mövzusu deyil. Dolayısı olsa da, Ermənistan xarici işlər naziri özü də bu faktı etiraf edir", - deyə Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, münaqişənin həllinə nail olmaq üçün TŞ-nın məlum qətnamələrində tələb olunduğu kimi Ermənistan qoşunları bütün işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti