...

İran saytı Bakı Şopinq Festivalından yazır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Aprel 2017 14:59 (UTC +04:00)
Bakı hazırda müasir lüks ticarət mərkəzləri ilə tanınır.
İran saytı Bakı Şopinq Festivalından yazır

Bakı. Trend:

İranda turist səfərləri - bilet və hotel rezervləri ilə məşğul olan ZORAQ.COM saytı Bakıda keşirilən Şopinq Festival barədə ətraflı eniş məlumatlar dərc edib.

Saytın istifadəçiləri 24 saat ərzində bu mənbəyə müraciət etmək və İran banklarına lazımi vəsaiti ödəməklə Bakıda keçirilən festivalda iştirak edə bilərlər. Sayt festivalda iştirak etmək istəyində olanların Bakı barədə daha çox məlumat əldə etməsi üçün müxtəlif məlumatlar dərc edib. Festivalda iştirak etmək istəyən hər bir iranlı səfərdən əvvəl Bakı şəhərində fəaliyyət göstərən iri ticarət mərkəzləri barədə lazımi bilgiləri ala bilər.

İran saytı qeyd edir ki, 10 il əvvələdək Bakıda iri ticarət mərkəzləri yox idi və şəhər yalnız tarixi və görməli yerləri ilə məşhur idi. Lakin son bir neçə il ərzində Bakıda yeni, müasir yaşayış binaları ilə yanaşı, böyük və lüks ticarət mərkəzləri də inşa edilib. Bu ticarət mərkəzlərində beynəlxalq miqyasda tanınan brendlərin (Türkiyə, Avropa və Amerika geyim brendlərindən tutmuş, eynək və qiymətli daş-qaşlara qədər) satışı həyata keçirilir. Bundan başqa, turistlər ticarət mərkəzlərində fəaliyyət göstərən kafe-restoranlarda Azərbaycan və dünya mətbəxlərinin nümunələrindən dadmaq, həmçininn məşhur filmləri izləmək imkanına malikdirlər.

ZORAQ.SOM saytının iranlı turistlərə müraciətində qeyd edilir ki, Bakının iri ticarət mərkəzlərində alış-veriş onlara böyük zövq verəcək. Məqalədə adıçəkilən hər bir ticarət mərkəzi, onların ünvanı, orada fəaliyyət göstərən dünyada tanınmış firmalar haqqında ətraflı məlumat verilir. Bildirilir ki, turistlər aliş-verişlə bağlı istəklərini xüsusi endirimlərlə reallaşdıra bilərlər.

Xüsusi olaraq qeyd olunur ki, neft-qaz, turizm sərgiləri və Formula-1 idman yarışı kimi böyük tədbirlərə ev sahibliyi edən Bakının iqtisadi inkişafi Azərbaycanda turizmin daha da çiçəklənməsi üçün böyük əhəmiyyət kəsb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti