...

Rusiya Qərbin sanksiyalarına adekvat cavab verməyə hazırlaşır

Siyasət Materials 21 Mart 2014 11:43 (UTC +04:00)
Rusiyanın Qərbin sanksiyalarına qarşı cavabı adekvat və qarşılıqlı olmalıdır.
Rusiya Qərbin sanksiyalarına adekvat cavab verməyə hazırlaşır

Azərbaycan, Bakı, 21 mart /Trend/

Rusiyanın Qərbin sanksiyalarına qarşı cavabı adekvat və qarşılıqlı olmalıdır. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.

Onun sözlərinə görə, diplomatik və siyasi təcrübədə "qarşılıqlı" deyilən məfhum mövcuddur: "Bu, adekvat olmalıdır. Biz bunun üzərində düşünürük".

Qeyd edək ki, ABŞ martın 17-də Rusiyanın bir sıra yüksək vəzifəli siyasətçilərinə qarşı sanksiyalar tətbiq etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti