...

ABŞ Dövlət Departamenti İran nüvə danışıqlarının vaxtını açıqladı

Siyasət Materials 20 Dekabr 2014 01:41 (UTC +04:00)
"Altılıq" beynəlxalq vasitəçilər və Tehran arasında danışıqların növbəti raundu yanvarın ortalarında keçiriləcək, lakin dəqiq tarixi hələ razılaşdırılmayıb.
ABŞ Dövlət Departamenti İran nüvə danışıqlarının vaxtını açıqladı

Azərbaycan, Bakı, 20 dekabr /Trend/

"Altılıq" beynəlxalq vasitəçilər və Tehran arasında danışıqların növbəti raundu yanvarın ortalarında keçiriləcək, lakin dəqiq tarixi hələ razılaşdırılmayıb. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Dövlət Departamentinin rəsmisi Cen Psaki cümə günü bildirib.

"Cenevrədə bütün görüşlər faydalı olub, o cümlədən ikitərəfli və "altılıq" səviyyəsində görüşlər. Növbəti danışıqlar yanvarın ortalarında keçiriləcək, lakin dəqiq tarixi hələ razılaşdırılmayıb", - Psaki deyib.

Bundan öncə Moskvadakı mənbə Ria Novostiyə bildirib ki, "altılığın" İranla danışıqları siyasi direktorlar səviyyəsində 2015-ci ilin yanvarın 20-dək keçiriləcək.

Tərəflər 2015-ci ilin iyun ayının sonuna qədər danışıqları uzatmağa razılaşıblar.

Xəbər lenti

Xəbər lenti