...

İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədrini təbrik edib

Siyasət Materials 24 Noyabr 2015 18:40 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Draqan Çoviçə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədrini təbrik edib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Draqan Çoviçə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Bosniya və Herseqovinanın milli bayramı - Dövlətçilik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Bosniya və Herseqovina arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Bosniya və Herseqovinanın dost xalqına sülh və firavanlıq arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti