...

Prezident İlham Əliyev sahibkarların çoxsaylı müraciətlərini nəzərə alaraq qanuna dəyişiklikləri imzalamadan Milli Məclisə geri qaytardı

Siyasət Materials 10 Fevral 2016 11:44 (UTC +04:00)
Azərbaycan Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisinin Xidmətindən AZƏRTAC-a daxil olan məlumatda bildirilir ki, sahibkarların və investorların çoxsaylı müraciətləri nəzərə alınaraq, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 19 yanvar tarixli Qanun Konstitusiyanın 110-cu maddəsinin I hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmadan Milli Məclisə geri qaytarılıb.
Prezident İlham Əliyev sahibkarların çoxsaylı müraciətlərini nəzərə alaraq qanuna dəyişiklikləri imzalamadan Milli Məclisə geri qaytardı

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev sahibkarların çoxsaylı müraciətlərini nəzərə alaraq qanuna dəyişiklikləri imzalamadan Milli Məclisə geri qaytarıb.

Azərbaycan Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisinin Xidmətindən AZƏRTAC-a daxil olan məlumatda bildirilir ki, sahibkarların və investorların çoxsaylı müraciətləri nəzərə alınaraq, "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" 2016-cı il 19 yanvar tarixli Qanun Konstitusiyanın 110-cu maddəsinin I hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmadan Milli Məclisə geri qaytarılıb.

"Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Qanuna əsasən, bəzi kateqoriya şəxslər istisna olmaqla, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycandan kənara xarici valyutanın köçürülməsi üçün əməliyyat məbləğinin 20 faizi miqdarında icbari yığımın tam məbləğdə dövlət büdcəsinə ödənilməsi tələb olunurdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti