...

Parlamentin Regional məsələlər komitəsi iş planını açıqladı

Siyasət Materials 24 Yanvar 2017 13:08 (UTC +04:00)
Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib.
Parlamentin Regional məsələlər komitəsi iş planını açıqladı

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda 2016-cı il payız sessiyası ərzində fəaliyyət və 2017-ci il yaz sessiyası çərçivəsində iş planı müzakirə olunub.

Yaz sessiyasının gündəliyinə 5-i qanun layihələrinə dəyişikliklər olmaqla, 7 məsələ daxil edilib. Bunlar "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" qanunda düzəlişlər edilməsi haqqında qanun layihəsi, "Azərbaycanın 2002-ci il 15 mart tarixli 247-IIQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə qanun layihəsi, "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi, "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" qanunlara dəyişiklik layihələridir.

Komitə sədri Arif Rəhimzadə bildirib ki, qanun layihələri artıq razılaşma mərhələsindədir və mövcud qurumlarla razılaşdırıldıqdan sonra komitə iclaslarında təsdiqlənərək yaz sessiyasına təklif olunacaq.

Müzakirələrdən sonra komitənin iş planı təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti