...

Deputat: AŞ PA-nın Türkiyə ilə bağlı qərarı siyasi qərardır və reallığı əks etdirmir

Siyasət Materials 26 Aprel 2017 18:31 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı siyasi qərardır və reallığı əks etdirmir
Deputat: AŞ PA-nın Türkiyə ilə bağlı qərarı siyasi qərardır və reallığı əks etdirmir

Bakı. Orxan Quluzadə - Trend:

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı siyasi qərardır və reallığı əks etdirmir.

Bunu Trend-ə Türkiyə Böyük Millət Məclisinin deputatı Haluk İpek deyib.

Onun sözlərinə görə, Avropada bəzi qüvvələr ksenofobiyanı dəstəkləyir: “Türkiyənin Maastrixt və Kopenhagen meyarlarına əməl etməsinə baxmayaraq, Aİ ölkənin səylərini qiymətləndirmir. Bəzi ölkələr bu meyarlara əməl etmədən Aİ üzvü olub, Türkiyənin qarşısına isə hər dəfə yeni maneələr qoyulur”.

Deputat qeyd edib ki, Avropa elə öz prinsiplərini – Avropa İttifaqının əsasına çevrilmiş prinsipləri pozur: “AŞ PA-nın bu qərarı Türkiyəyə münasibətdə qərəzlidir. Bu qərar AŞ PA-nın özünə də təsir edəcək. Qərara baxmayaraq, Türkiyə daha da güclənəcək və demokratiyanı inkişaf etdirəcək”.

Qeyd edək ki, ötən gün AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib.

Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti