...

Aİ və Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında yeni danışıqların növbəti mərhələsinin vaxtı açıqlanıb (YENİLƏNİB)

Siyasət Materials 14 İyun 2017 18:09 (UTC +04:00)
İyul ayında Avropa İttifaqı və Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında yeni sazişlə bağlı danışıqların növbəti mərhələsinin keçirilməsi planlaşdırır
Aİ və Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında yeni danışıqların növbəti mərhələsinin vaxtı açıqlanıb (YENİLƏNİB)

Bakı. Yelena Kosolapova - Trend:

İyul ayında Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında yeni sazişlə bağlı danışıqların növbəti mərhələsinin keçirilməsi planlaşdırılır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin birinci müşaviri Denis Danilidis deyib.

Onun sözlərinə görə, növbəti mərhələnin Bakıda və ya Brüsseldə keçiriləcəyi hələlik məlum deyil.

D.Danilidis xatırladıb ki, 13-14 iyun tarixlərində danışıqların ikinci mərhələsi baş tutub. “İki qrupda müzakirələr keçirildi – siyasi və ticarət-iqtisadi qruplarda. Danışıqlar uğurla keçdi. Hər iki tərəfin bu məsələdə maraqları var. Razılığın əldə olunması üçün tərəflər güzəştlərə hazırdır”.

Xəbər lenti

Xəbər lenti