...

"AZADLIQ" BLOKU NÖVBƏTİ MİTİNQİNİ İYULUN 2-DƏ KEÇİRƏCƏKDİR

Siyasət Materials 25 İyun 2005 13:52 (UTC +04:00)

Azərbaycan Xalq Cəbhəsi(islahatçılar) Partiyası(AXCP(i)), Müsavat Partiyası və Azərbaycan Demokrat Partiyasının(ADP) birləşdiyi "Azadlıq" bloku növbəti mitinqini iyulun 2-də keçirəcəkdir. Bu haqda Trend ə AXCP(i) sədrinin müavini Fuad Mustafayev Trend ə müsahibəsində bildirmişdir. Onun sözlərinə görə, ötən mitinqindən fərqli olaraq "Azadlıq" blokunun növbəti mitinqi daha möhtəşəm olacaqdır.

"Bu dəfəki mitinq ümumrespublika xarakteri daşıdığından təkcə Bakı şəhərinin 11 rayonunda deyil, ölkənin bir sıra digər şəhər və rayonlarında keçiriləcəkdir. Mitinqdə səsləndiriləcək əsas tələblər seçki komissiyalarının tərkibinin paritet əsaslarda formalaşdırılması, mühacirətdə olan siyasi xadimlərə parlament seçkisində namizəd kimi iştirak etmələrinə şəraitin yaradılması, eləcə də, seçkilərin demokratik və şəffaf keçirilməsi üçün lazımı şəraitin yaradılmasından ibarət olacaqdır",-deyə Fuad Mustafayev bildirmişdir.

Onun sözlərinə görə, mtinqin keçirilməsi üçün lazımi şəraitin yaradılması ilə bağlı iyunun 27-dən başlayaraq "Azadlıq" blokuna daxil olan partiyaların şöbələri müvafiq icra hakimiyyətlərinə məktubla müraciətlər edəcəklər.

Xəbər lenti

Xəbər lenti