...

HÜQUQŞÜNASLAR BLOKU 25 İYUN AKSİYASINDA QANUN POZUNTUSUNA YOL VERİLMƏDİYİNİ QƏNAƏTİNDƏDİR

Siyasət Materials 29 İyun 2005 17:47 (UTC +04:00)

"Parlament-2005" Hüquqşünasların Seçki Blokunun Monitorinq Qrupu iyunun 25-də bir neçə müxalifət partiyasının təşkil etdiyi yürüş-mitinqin monitorinqini həyata keçirib. Seçki blokundan Trend ə bildirib ki, aksiya müşahidə olunub, təhil edilib və rəy hazırlanıb.

Həmin yürüş-mitinq Bakı şəhər icra hakimiyyəti ilə razılaşdırılmaqla təşkil olunmuşdur. İyunun 25-də saat 17:00-dan metronun "20 Yanvar" stansiyasından "Qələbə" meydanınadək yürüş, saat 19:00-adək isə meydanda mitinq keçirilib, aksiya Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb. Monitorinq Qrupu bildirir ki, həm Bakı Şəhər İcra Hakimiyyətinin aksiya təşkilatçılarına verdiyi cavabda, həm yürüşdə, həm də meydanda toplantı zamanı heç bir qanun pozuntusuna yol verilməyib.

Yürüş-mitinq zamanı xüsusi vasitələrlə (dəyənək, qalxan, dəbilqə və s.) təchiz olunmuş polis əməkdaşları "Qələbə" meydanı ətrafında yerləşdirilsələr də, 18 iyunda keçirilən mitinqdən fərqli olaraq polislər bu dəfə aksiyaçıların hərəkətlərini məhdudulaşdırmayıblar.

"Parlament-2005" Hüquqşünasların Seçki Blokunun üzvləri bundan sonra da Bakıda və respublikanın ayrı-ayrı rayonlarında keçiriləcək toplantıların hərtərəfli, qərəzsiz və obyektiv monitorinqini həyata keçirəcəyini, hər bir qanun pozuntusuna münasibət bildirəcəyini deyiblər.

Xəbər lenti

Xəbər lenti