...

ÇAĞIRIŞÇILARI HƏRBİ XİDMƏTDƏN YAYINDIRMIŞ YÜKSƏK RÜTBƏLİ ZABİTLƏR MƏHKƏMƏ QARŞISINA ÇIXARILACAQ

Siyasət Materials 25 İyul 2005 17:27 (UTC +04:00)

İyulun 26-da Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə Müdafiə Nazirliyinin yüksək rütbəli əməklaşdarının məhkəməsi başlanacaq. Trend xəbər verir ki, məhkəmə prosesinin qapalı keçirilməsi nəzərdə tutulub. Səbəb təqsirləndirilənlər arasında MTN zabitlərinin də olmasıdır.

Belə ki, MN-nin bir neçə hərbi hissəsinin şöbə rəisləri, MN Baş Qərargaha nəzarət edən 1-ci şöbənin rəisi, MN Avtomatlaşdırılmış İdarəetmə Vasitələri Mərkəzinin rəisi, MTN Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin (HƏKBİ) N saylı hərbi hissəsinin baş əməliyyat müvəkkili, MTN HƏKBİ 1-ci şöbəsinin baş əməliyyat müvəkkili və yüksək rütbəli daha bir neçə zabit (ümumilikdə 12zabit, 1 əsgər) qulluq mövqeyindən sui-istifadə etməkdə, rəsmi sənədlərin saxta yolla hazırlanmasında və s. kimi cinayətlərdə təqsirləndirilirlər. Onların bəziləri bir-birlərini Naxçıvanski adına Hərbi Məktəbdən tanıyırlar.

Bu tanışlıqdan istifadə edən zabitlər öz aralarında olan inama arxalanaraq ordudan yayınmaq istəyən çağırışçıları müəyyənləşdirib bir-birləri ilətanış ediblər. Sonra isə həmin çağırışçılardan rüşvət alaraq sonunculara hərbi xidmət etmədikləri halda onları hərbi biletlə təmin ediblər.

Beləliklə, də bir neçə ildir ki, hərbi xidmət göstərmək həvəsində olmayan çoxsaylı çağırışçılar bu yolla hərbi xidmətdən yayına biliblər. İstintaq zamanı hərbi xidmətdən çağırışçıları yayındırmaq üçün alınmış rüşvətlərin məbləği də müəyyən edilib. Aydınlaşdırılıb ki, bu məbləğ 1200-2200 ABŞ dolları həddində olub.

O da bəlli olub ki, yüksək rütbəli MN və MTN zabitləri eyni zamanda bəzi əsgərləri qeyri-qanuni yolla məzuniyyətə buraxmaqla da pul qazanıblar.

Xəbər lenti

Xəbər lenti